TV proqram
TV proqram

“Nəvəmin o sözünə görə, nə günə düşdüm...”

“Nəvəmin o sözünə görə, nə günə düşdüm...”

“Mənim böyük nəvəmə babasının  adını qoyublar, adı Faiqdir. Oğlum zəng edib, telefonu ona verir. Bir də gördüm nəvəm mənə “Flora xanım” deyir”.

OLAY yazır ki, bu sözləri “İncə səhər” verilişində Xalq artisti Flora Kərimova deyib. O bildirib ki, nənəlik ən böyük rütbədir:

“Sən demə, oğlum onu öyrədib. Nə günə düşdüm... Mən nənəyəm. Bu elə bir rütbədir ki. Dedim, əgər sən mənə bir də “Flora xanım” desən, Allah məni öldürsün. O qədər əziyyət çək, böyüt... Elə adamlar tanıyıram ki, nəvəsinə icazə vermir, adı ilə çağırırlar. Onda sən uşağı öz səviyyəndə görürsən. Onda uşağın nənəsinə hörməti olmayacaq. Böyüyəndə adı ilə çağıracaq”.