WOW
WOW

“Bəs, sən necə anasan?”

“Bəs, sən necə anasan?”

Xalq artisti Afaq Bəşirqızı ilə aparıcı-aktrisa Xuraman Əlizadənin dialoqu marağa səbəb olub.

OLAY yazır ki, “Şən gənc” layihəsində münsif olan sənətçilər batil inanclardan danışıblar.  X. Əlizadə deyib ki, batil inancı yoxdur:

“Heç bir batil inancım yoxdur. Realistəm, nə var odur. Ay qara pişik keçdi, kimsə asqırdı, tək, ya cüt səbir və sairə. Bunlara inanmıram”.

Bu zaman Əməkdar artist Rafael İskəndərov X. Əlizadəyə “Sən allah uşağın başına duz fırlamısan? Üzərlik yandırmısan? Evdə göz muncuğu var? Süpürgə ayağına dəyəndə tüpürmüsən?” kimi suallar ünvanlayıb. 

“Yox”, - deyə cavab verən aktrisaya A. Bəşirqızı “Bəs, sən necə anasan? Belə şey olar?” deyərək təəccüblənib.