Aktyor Ziya Ağa teatrda və kinoda tərəf müqabili olan Oksana Rəsulova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, “M. Teatr”la birgə Konyada səfərdə olan sənətçi həmkarının tamaşadakı uğurundan yazıb:
“Bu gün Oksana Rəsulova, ilk dəfə, teatr aktrisası kimi ölkədən kənarda,, üstəgəl, böyük səhnəyə çıxdı... Amma, nə çıxdı! Mən çox aktrisa görmüşdüm... Bu gün bütün zal onu ayaq üstə alqışladı. Elə mən də!”.
Qeyd edək ki, “Bin nefes, Bir ses” Dövlət Teatr festivalında iştirak edən komanda “Konya Tantavi Kültür ve Sanat Merkezi” “Yad qadının məktubu” tamaşasını nümayiş etdirib.