WOW
WOW

“Qarabağ” konseptli doğum günü etdilər

“Qarabağ” konseptli doğum günü etdilər

İnfluenser Fidan Zeyn və həkim həyat yoldaşı Şamil Rzayev oğulları Zeynin 8 yaşını keçirib.

OLAY yazır ki, futbol konseptli şənlikdə onlar “Qarabağ” klubunun formasını geyiniblər.

Fidan məclisdən fotolarını sosial media hesabında paylaşaraq bunları yazıb:

“İkinci şəkildən başa düşərsiniz, niyə normal şəkil, video yoxdur. Yanımızdakı Ronaldo (red. – futbolçu Kriştiano Ronaldo) olsa da, əbədi olaraq “Qarabağ”. Çox və sağlam yaşa mənim Zeynoşum. Hər zaman belə sevimli ol, hörmətli ol. Yaxşı ki, mənim oğlumsan, səni verənə çox şükür”.

Qeyd edək ki, cütlüyün iki oğlu var.