WOW
WOW

“Biletləri qaytarın” - Namiqdən dinləyicilərinə

“Biletləri qaytarın” - Namiqdən dinləyicilərinə

Meyxanaçı Namiq Qaraçuxurlunun Lənkaran konserti ilə bağlı dəyişiklik edilib.

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. Bildirib ki, gələn reaksiyalara görə məkan dəyişikliyi ediblər:

“Mayın 26-da baş tutması planlaşdırılan Lənkəran konserti ilə əlaqəli bəziləri üçün şad, bəziləri üçün bəd xəbərim var. Amma ümumilikdə yaxşı xəbərdir. Konsert Olimpiya kompleksində nəzərdə tutulmuşdu. Anons gedəndən sonra  mənə gileylər gəlir ki, biz ailəvi əyləşmək istəyirik. Ora konsert zalı deyil, bir az narahatlıq var. Yaxud kimsə ikinci-üçüncü cərgədən bilet almaq istəyir. Mənə də dostlarım zəng ediblər ki, ailəvi bilet almaq istəyirik, birinci-ikinci cərgədən. Lakin orada cərgə söhbəti yoxdur, sağ-sol məsələsi var. 

Baxmayaraq ki, Olimpiya Kompleksində bizə böyük şərait yaradılıb. Amma müəyyən şeyləri nəzərə almamışıq. Sadəcə tamaşaçı tutumu çox olduğu üçün oranı götürdük. Gördük ki, reaksiyalar başqadır. İnşallah, Lənkəranda fərqli məkanda konsert edəcəyik. Məkan dəyişdiyi üçün gün də dəyişir. Bir məkan var. Ora az adam tutur. Lakin ola bilsin ki, iki gen edək. Düşünürəm ki, bizi anlayarsınız. Sizin rahatlığınızı düşünürük. Biletləri qaytarın. Çünki o biletlə o biri yer götürə bilməyəcəksiniz. Orada sıra məsələsi var. Burada aldığınız biletlə deyə bilməyəcəksiniz ki, filan sıradayam. Onun üçün qaytarın, məni izləyin, yeni yeri deyəcəyəm”.