WOW
WOW

Dilan və Engin haqda şikayətini geri götürdü

Dilan və Engin haqda şikayətini geri götürdü

Türkiyəli sosial media fenomeni banu Parlak həbsdə olan Dilan və Engin Polat cütlüyü haqqında olan şikayətini geri götürüb.

OLAY yazır ki, o, bu barədə sosial media hesabında məlumat yayıb:

“Yaşadığım qorxunc olaydan sonra köhnə dostum Dilan Polat və ailəsi ilə çətin dönəmlər yaşadığımız üçün görüşə bilməmişdik. Yaxın zamanda ailə ortamında bir araya gəldik. Nilda (red. – Dilan Polatın qızı) mənə dedi ki, sənin gözəllik mərkəzinin güllələndiyi gün anam çox ağladı. Bundan sonra bu məsələ mənim üçün bağlandı. Şikayətimi geri götürdüm. Onu da bildirim ki, Dilan Polat və Engin Polat mənim şikayətimə görə bir gün belə həbsdə olmayıblar. Bu vaxta qədər olan həbsin səbəbi digər məsələlərdir”.