WOW
WOW

“Metrə ilə ombamı ölçdülər” - Avroviziya qalmaqalı

“Metrə ilə ombamı ölçdülər” - Avroviziya qalmaqalı

Türkiyəni 2005-ci ildə Avroviziyada təmsil edən Gülseren şok açıqlamalar verib.

OLAY yazır ki, sənətçi o dövrdə yaşadıqlarından danışıb. Bildirib ki, prodüser Armağan Çağlayanın psixoloji şiddətinə məruz qalıb:

“Yarışa getməyimizə az qalmışdı. Armağan Çağlayan gəldi, dedi ki, bunun ombası çox böyükdür, bizi təmsil etməsin. Üstümə metrə ilə gəlib ombamı ölçdü. Özümü heyvan kimi hiss etdim. Məni meymuna çevirdilər, kukla kimi oynatdılar. Məni də “Opera” mahnısı ilə yerdən yerə vurulan Çetin Alp kimi öldürəcəklərdi. Kolumbiyalı ərim Luis Ernestonu “Sən türk deyilsən” deyib komandamdan çıxartdılar. Məni çox pis mahnı və geyimlə Kiyevə göndərdilər. Tualetlərin qarşısında məşq etdirdilər. O dövrdə yaşadığım ağrıya görə indi mədəmdə problem var. Müsabiqədən sonra günlərlə evdən çıxmadım, ağladım. İşlərimi itirdim. İllərlə işsiz qaldım. Parisdəki prodakşın şirkətimi bağladım. Elə ağır iradlar gəlirdi ki, bir ara intihar etmək istəyirdim”.