WOW
WOW

Bakıya gələn Mahsunu tənqid etdi!

Bakıya gələn Mahsunu tənqid etdi!

Müğənni Əkbər Əliyev Azərbaycanda konsert verən türkiyəli sənətçiləri tənqid edib.

OLAY yazır ki, ifaçı sözügedən müğənnilərin eyni Azərbaycan nəğmələrini səsləndirdiyini bidirib. O, Mahsun Kırmızıgülün Bakı konsertindən “Bu qala daşlı qala” mahnısını oxuduğu anları paylaşaraq bu sözləri yazıb:

““Bu qala daşlı qala”, “Sarı gəlin”. Vəssəlam. Acınacaqlı bir durumdur. Bir sənətçi kimi mənə çox qıcıq gəlir. Yəni Azərbaycan sənəti bu iki mahnıdan ibarətdir? Qardaş Türkiyədən gələn sənətçilər nə vaxta kimi eyni mahnılarımızı ifa edəcəklər! Təşkilatçılardan çox xahiş edirəm, qonaq dəvət edəndə, məcbur edin ki, Azərbaycan musiqisinə hörmətlə yanaşsınlar, yola verməsinlər. Tamaşaçısını təəccübləndirsinlər”.