WOW
WOW

Bakı konsertində anasından danışıb ağladı… - Video

Bakı konsertində anasından danışıb ağladı… - Video

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül Bakıda konsert verib.

OLAY yazır ki, sənətçi ötən gün Bakı Konqres Mərkəzində səhnəyə çıxıb.

Mahsun gecədə anasından danışarkən kövrəlib:

“Anam artıq məni tanımır. Alzheimer xəstəsidir. Onun yanına gedirəm, gözünü də aça bilmir. Ancaq qulağına mahnılar oxuyuram, əlini tuturam”.

Daha sonra “Annem annem” mahnısını səsləndirən sənətçi göz yaşlarına hakim ola bilməyib.