WOW
WOW

Plastik cərrahından 2 milyon tələb edir- FOTO

Plastik cərrahından 2 milyon tələb edir- FOTO

Türkiyəli müğənni Alişan onu əməliyyat edən həkimlə məhkəməlik olub. 

OLAY Türkiyə KİV-nə istinadən yazır ki, müğənni təxminən 6 saat davam edən liposaksiya əməliyyatında ölümlə üz-üzə qaldığını iddia edib.

Sənətçi dostu olan plastik cərrahı məhkəməyə vermək qərarına gəlib. O, həkimdən ümumilikdə 2 milyon 10 min türk lirəsi tələb edib.

Xatırladaq ki, Alişan bir müddət əvvəl başına gələnləri yer aldığı proqramda danışıb və fit görünmək üçün əməliyyat olunduğunu deyib.