WOW
WOW

Tunarın ifasına ağlayıb, Günellə mahnı oxudu

Tunarın ifasına ağlayıb, Günellə mahnı oxudu

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses Bakıda səhnə alıb.

OLAY-ın məlumatına görə, paytaxtda məkanların birində çıxış edən sənətçi sevilən mahnılarını səsləndirib.

Onun səhnəsinə azərbaycanlı müğənnilər Tunar Rəhman və Günel Zeynalova qonaq olub.

Tatlıses Tunarın ifası zamanı göz yaşlarını saxlaya bilməyib.

Səhnəyə Günel çıxdıqdan sonra isə “Mən onu Türkiyəyə aparanda balaca idi. 12 yaşı vardı. Onda da cin kimi idi, indi də”, - deyə, bildirib.

Sənətçilər birgə Tatlısesin “Senden insaf diler yarın” mahnısını səsləndirib.