WOW
WOW

Xatirəni canlı yayımda əsəbiləşdirdilər

Xatirəni canlı yayımda əsəbiləşdirdilər

İnfluenser Xatirə Yüzbəyova canlı yayım zamanı şərh yazan izləyicilərinə əsəbiləşib.

OLAY-ın məlumatına görə, “TikTok” platformasındakı yayımda blogerə “Sən nə boydasan, bəs əməliyyat olunmuşdun” kimi mesajlar göndərilib. 

“Bu nə aqresiyadır, təbriyəsizlikdir? Bu nə cümlədir? Bu insanlar real həyatda da belədirlərmi? Ətrafdakı insanlarla ağızlarına gələni danışırlar. Bu nə zəhərdir belə. Bu necə danışıqdır. Nə boydayam ki? Eybəcərəm, nə boydayam. Beləyəm. Allah məni belə eybəcər yaradıb. Nə edim? Ac deyiləm. Qəşəng qızıl balıq yemişəm, yanında da salat. Gözləyirəm həzm edim, gedib oturub çayımı içəcəm. Vecimə deyil gözələm, qəşəngəm. Əsas odur, mənim bəxtim yaxşı olsun, sağlamlığım yerində olsun. Ümumiyyətlə, mən özümü çirkin qadın hesab etmirəm. Niyə çirkin oluram, təki mənə yazanlar bir az mənə oxşasınlar. Belə insanlar həmişə olub, olacaq. Belə insanlar olmasa, yaxşıların qədrini bilimərik. Qoy yazıb zəhərlərini töksünlər. İlan zəhərini tökməsə yaşaya bilmir”, - deyə, Yüzbəyova söyləyib.