WOW
WOW

“Finala keçməyə qoymadılar”

“Finala keçməyə qoymadılar”

Xalq artisti Flora Kərimova sosial media hesabında Avroviziya təmsilçilərimiz Fahree və İlkinə dəstək paylaşımı edib.

OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində bu sözləri yazıb:

““Finala keçə bilmədi” yox, “Finala keçməyə qoymadılar”. Xəbər başlıqlarını belə yazardım. Sizi təbrik edirəm. Ən böyük uğurunuz gözəl çıxışınız və layiqli təmsil etməyinizdir. Dünyada yarandığı zamandan mütləq ədalət olmayıb. Dünyanın iyrəncləşmiş indiki dövründə dəyər ummaq, illah da hər bir şeyin bütün müqəddəslikləri ərimiş insanların əlində olduğu halda. Əminəm ki, bu yola çıxdığınız andan buna hazır idiniz. Sənətinizin ilk pillələrindəsiniz. Böyük addımlarla irəli. Bu yüksəlişinizə uğur diləyirəm. Vətən, millət sizi sevir. Mən sizi sevirəm. Bir daha təbrik edirəm”.