WOW
WOW

“Heç qonorar da almayıblar” – Nura Fahree və İlkin haqda

“Heç qonorar da almayıblar” – Nura Fahree və İlkin haqda

Müğənni Nura Suri feysbuk hesabında Avroviziya müsabiqəsində Azərbaycanın finala keçə bilməməyindən yazıb.

OLAY yazır ki, ifaçı musiqi prodüseri Eldar Qasımovu, təmsilçilərimiz Fahree və İlkini qınayanlara səslənib:

“Sosial şəbəkələrdə artıq hamı qınamağı özünə borc bilir. Mən də qınayanları qınamaq istəyirəm. Fəxri və İlkinə nə deyiblər, onlar da onu edib. Geyim, klip, şou və sair onların seçimi deyil. Heç qonorar da almayıblar bildiyimə görə. Eldar da heç nəyi həll etmir orada. Ümumiyyətlə, bir işə köməyiniz keçməyibsə, qınamaq çox asandır. Mənim də bəyənmədiyim çox məqamlar var, amma və lakin hazırda bu haqda danışmaq mənasızdır. Rahat buraxın Fəxri, İlkin və Eldarı. Başqa nə var nə yox?”.