WOW
WOW

Xəyyamın evindəki dəbdəbəli heykəl diqqət çəkdi

Xəyyamın evindəki dəbdəbəli heykəl diqqət çəkdi

Əməkdar artist Xəyyam Nisanov evi üçün dəbdəbəli heykəl hazırlatdırıb.

OLAY yazır ki, sənətçi böyük ölçüdə mələk heykəli düzəltdirib.

Fiqurun fotolarını Xəyyam instaqramda paylaşıb. Bu şəkillər izləyicilərinin marağına səbəb olub.

Qeyd edək ki, heykəli Rəşid Məhərrəmov hazırlayıb. O, “Hərbi Qənimətlər Parkı”ndakı bütün heykəllər daxil olmaqla, tanınmış simaların heykəllərini düzəltməsi ilə məşhurdur. Məhərrəmov daha öncə ulu öndər Heydər Əliyevin, Xalq artisti Murad Dadaşovun və başqa tanınmış şəxslərin heykəlini hazırlayıb.