WOW
WOW

“Yoluma daş qoyanlara təşəkkür edirəm”

“Yoluma daş qoyanlara təşəkkür edirəm”

Aktyor İbrahim Çingiz doğum günüylə bağlı sosial media hesabında paylaşım edib.

OLAY yazır ki, o, rol aldığı layihələrdən görüntüləri izləyiciləriylə bölüşərək bunları yazıb:

“Bu video mənim uzun yolumun qısa mündəricatıdır. Hətta çox qısa deyərdim. Artıq 8 ildir ki, ekranlardayam. 8 rəqəmini isə böyrü üstə yıxsam, sonsuzluq, əbədiyyət simvoludur. Mən də bu yolda əbədi olmaq, adımı tarixə yazmaq istərdim. Çünki özümü dərk edəndən bu işin ustası olmaq istəmişəm. Bu gün yubileyimdir. Özümü təbrik edəcəyim səbəblərdən biri və ən əsası da odur ki, sənətdə olduğum müddət ərzində dəyişmədim, çirkinləşmədim, məqsədimə çatmaq üçün nə vicdanımı, nə əllərimi kirlətmədim. Çünki mənim üçün insaniyyət, mərdlik, ədalət qalan bütün ambisiyalarımdan daha yüksəkdə durdu. Daha bir ili geridə qoydum demirəm, qarşıda məni gözləyən uzun, maraqlı və işıqlı gələcəyə addım atdığımı elan edirəm. Bu yolda həm hər zaman yanımda olan, həm qısa müddətlik həyatıma gəlib, mənə nəyisə öyrədib ayrılan, hətta yoluma daş qoyanlara belə təşəkkür edirəm. Ümid edirəm, mən də sizin həyatınızda xoş sözlə anacağınız biri ola bilmişəm”.