WOW
WOW

“Adam öz tayıyla zarafat edər” - Elzadan əkizlərə

“Adam öz tayıyla zarafat edər” - Elzadan əkizlərə

Əməkdar artist Elza Seyidcahan müğənnilər Sevil və Sevinc Səfərovaların onun haqda söylədiyi ifadələrə cavab verib.

OLAY yazır ki, sənətçi bu barədə “Söz-baz” verilişinin “Xəbər10 var” bölümündə aparıcı Zümrüd Bədəlova ilə telefon zəngi zamanı danışıb:

“Mənə dedilər, mən də cavab vermirəm. Verə bilərəm, istəmirəm. Zarafat deyəndə ki, adam öz tayıyla, özünə bab adamla zarafat edər. Mən onların tayı deyiləm axı. Bu yaxşı mənadadır ki, Elza Seyidcahan, əlbəttə, ola bilməz heç kimsiz stullara konsert versin. Tək stolda cüt-cüt oturub badə qaldıranlara, əlbəttə, konsert verməyə dəyər. Bir stolun üstündə iki nəfər oturur, bütün günü badələr qaldırırlar, bu stollara konsert verə bilərsiniz. Stol da elə belə stol deyil axı, o stolda otururlar, onun üstündə badələr qaldırırlar. Əlbəttə, Elza Seyidcahan stollara da baxanda yada düşür, təbiətə də baxanda yada düşür. Bu mənə xoşdur.

Vaxt var idi ki, mənim Səmərrux nəvəmi doğum evindən Sevil-Sevincin verilişi var idi, onlar gəlib gözəl xonçalarla, çiçəklərlə çıxarmışdılar. Mən onlara heç bir zaman aqressiv söz deyə bilmərəm. Həmişə də bir yerdə olanda böyük hörmətlə mənim qarşıma gəliblər. Ehtiramla mənə salam veriblər. Hörmətsizlik görməmişəm. Mən şou-biznes aləmində olsam da, mənim sənətim tamam başqadır, onlar da tamam başqa yoldadırlar. Söhbət ifadan gedir. Mən heç bir zaman qalmaqal etməmişəm. Əksinə, mən uzanan, illərlə gedən bir qalmaqalın bir kəlmə sözlə qarşısını alışam”.

Qeyd edək ki, əkizlərdən biri məclislərdən birində sonda oxumaqlarına etiraz edərək, aparıcı Zümrüd Bədəlovaya “Məni niyə sona salmısınız, Elzaya Seyidcahanam, stollara oxuyum?” sözlərini söyləmişdi.