“Ola bilsin ki, onlar öz mədəniyyətimizi, kökümüzü başa düşmürlər. Onları efirdə siz nizamlamalısınız”.
OLAY yazır ki, bu sözləri “Rəngarəng səhər” verilişində Xalq artisti Nəzakət Teymurova deyib. O, bəzi ifaçıları sərt tənqid edib:
“Bir insan nə atadan, nə qardaşdan, nə el-obasından qorxur. Çəkinəcək yeri yoxdur. Deyir gedirəm orada “partladacam”, hər yerdə məni paylaşacaqlar, sosial şəbəkələrdə gündəm olacağam. Amma düşünmür ki, ifası nədir? İnsanın sənəti olmalıdır. İki-üç dəfə gözəlliyimlə çıxıramsa, sonra nə ilə çıxacam? Bir də görürsən, efirdə gah oynayırlar, gah əşyalarını göstərirlər. İnsanın sənəti olmasa, elə 5 gün gəzə bilər. Yola verər, gündəmdə olar. Ondan sonra orada-burada çürüyəcək”.