WOW
WOW

Zümrüd “Survivor”dan təklif alıbmış

Zümrüd “Survivor”dan təklif alıbmış

Aparıcı Zümrüd Bədəlova ən böyük arzusunun türkiyəli aparıcı Acun Ilıcalını tanımaq olduğunu deyib.

OLAY yazır ki, bu barədə o, “Gül kimi şou”da açıqlama verib.

“Acun Ilıcalını tanımaq mənim neçə illik arzumdur. Ən böyük arzum da onun rəhbərlik etdiyi telekanalda (red. – TV8) çalışmaq idi. Sonra onu mənə pislədilər. Hətta sizə bir sirr açım. “Survivor” yarışmasına belə təklif aldım. Amma öz əllərimlə mediaya gedib... Danışmayacağam ətraflı. Bəzi yazılar yazdım gəldim. Mən oraya onu görmək ümidiylə getmişdim. Bu yaxınlarda çox sevdiyim bir ifaçı dedi ki, mən Ancelina Coliylə görmək istəyərdim onu, mən də dedim ki, mən də Acun Ilıcalıyla işləmək istəyərəm. Hamı arzularını dilə gətirir, mən də dilə gətirdim. Çünki Acun Ilıcalının açıqlamasına görə, adam deyir ki, mənim şirkətimdə heç bir işçi, razı olmaram ki, səhər sübh tezdən yuxusuna haram qatıb işə gəlsin. Onda mənə yararlı iş gəlməyəcək. Verdiyi maaş da bilirsən nədir?”, - deyə, o, söyləyib.