WOW
WOW

Oksana kimə söz atır?

Oksana kimə söz atır?

Aktrisa Oksana Rəsulova ard-arda diqqət çəkən paylaşımlar edib.

OLAY yazır ki, sənətçi instaqramda öz fikirlərini izləyiciləri ilə bölüşüb. Lakin Oksananın kiməsə söz atdığı iddia edilib:

“Həyatı gözəlləşdirin ki, gözəl yaşayasınız, hər zaman özünüz olun, dəyişməyin. Nə olur olsun, özünüzə dəyər verin, özünüzü sevin. Yalnız onda sizin dəyərinizi biləcəklər. Özünüzdən, hisslərinizdən başqa heç kəsə inanmayın. Yaşayın, həyat gözəldir”.

Rəsulova ötən gün bu sözləri yazıb:

“İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar. O, hər şeyi bilir və görür, ona etibar edin... Ümidinizi ondan üzməyin! Allahın adını pis əmməllərə görə istifadə edənlərdən, onun adı ilə yalandan and içənlərdən, onu dilində və əməllərində qiymətləndirməyən insanlardan uzaq olun... Şükürlər olsun hər bir saf, təmiz günümüzə. Heç vaxt nə gününüzü, nə də qəlbinizi ləkələməklərinə icazə verməyin... Onsuz da onlar öz çirkinliklərində batacaqlar və heç vaxt oradan çıxmayacaqlar, çünki belə insanlar üçün nə iman, nə ailə, nə mənəvi, nə ruhani dəyər var... Yalandan Allahın adını çəkən insanlar nə xoşbəxtlik, nə sağlamlıq nə də ki, hörmət tapacaqlar”.