WOW
WOW

Firuzə İbadova səhnədən gedir?

Firuzə İbadova səhnədən gedir?

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatından sonra səhnəylə vidalaşması haqqında olan xəbərlərə aydınlıq gətirib.

OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında yazıb.

““Firuzə İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi” haqda xəbər doğru deyil. Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, mən duet oxumağa əlvida demişəm, səhnəyə deyil. Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm! Əksinə onun ruhu şad olsun deyə, nəğmələrimizi yaşadacağam!”, - deyə, o, bildirib.