WOW
WOW

“Başı üçün deyil əziyyəti yerə vurmaq”

“Başı üçün deyil əziyyəti yerə vurmaq”

Aktyor Kamran Ağabalayev qalmaqallı paylaşımıyla diqqət çəkib.

OLAY yazır ki, o, feysbuk hesabında ad çəkmədən, rol aldığı “Alatava” serialını tənqid edən Xalq artistinə cavab verib.

“O gün xalx(q)ın artistlərindən biri açmışdı ağzını, danışmırdı. Məhz ağzını açmışdı ki, “Alatava” elə, yaxud belə. Tənqidə hər zaman açığam, elə uşaqlar da həmçinin, amma 8 oynadığı filmdə 8 dəqiqə ekran vaxtı olan xalxın artistinin başı üçün deyil əziyyəti yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət etməyi çox şükür bilirik”, - deyə, Ağabalayev yazıb.

Qeyd edək ki, ötən günlərdə Xalq artisti Əli Nur serialı sərt tənqid edərək, “Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbiilik olur, bu isə həyasızlıqdır” ifadələrini işlətmişdi.