WOW
WOW

“Rahat uyu, Cavanşir” – Flora Kərimova

“Rahat uyu, Cavanşir” – Flora Kərimova

Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Cavanşir Məmmədovun vəfatıyla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi instaqram hesabında birgə görüntülərini paylaşaraq bunları yazıb:

“Arzular tükənmir, bitmir. Ümidlə gözlədiyimiz arzuların içində yaşanılan həyat acılı-şirinli qismətlərimizdir. Qəfil yoxluğun taleyimin daha bir arzulanmayan, acı qisməti oldu. Allah rəhmət eləsin, Cavanşir! Rahat uyu!”.

Qeyd edək ki, Cavanşir Məmmədov Flora Kərimovanın dayısının oğludur.