WOW
WOW

Üzel Kərimovaya bu məşhurun adı qoyulubmuş

Üzel Kərimovaya bu məşhurun adı qoyulubmuş

Aparıcı Zümrüd Bədəlova aktrisa Üzel Kərimovanın adının necə qoyulduğundan danışıb.

OLAY yazır ki, o, “Xəbər ətər” verilişində aktrisaya mərhum türkiyəli sənətçi Yüksek Üzelin soyadının verildiyini deyib.

“Ən çox aldığım suallardan biridir ki, Üzel özbəkdir və niyə adı Üzeldir? Təsəvvür edin ki, ana və ata mübahisə edir. Barışma sıralarında da fikirləşirlər ki, qızımız olacaq, nə ad verək. Ad üstündə qırğındır. Ata başqa ad deyir, ana başqa ad. Deyirlər onda televizoru açaq, kimi görsək, adını qoyuruq. Müğənni Yüksel Üzel çıxış edir. Onun səhnə soyadını qoyurlar”, - deyə, Z. Bədəlova söyləyib.

Qeyd edək ki, sözügedən müğənni 7 yanvar 2024-cü ildə vəfat edib.