İnfluenser Aysel Həsəninin (icelinee) səhifəsi qaytarılıb.
OLAY yazır ki, bununla bağlı Aysel özü paylaşım edib. O bildirib ki, hesabının xilas edilməsində həyat yoldaşı İlkin Həsəninin köməyi olub:
“Səhifəm qayətdı. Məni təbrik edə bilərsiniz. Hazırda bəzi bərpa işləri gedir. Səhifəmi qıran şəxsin paylaşdığı postlar “spam”a səbəb olub. Bu oğlan dedi və etdi(İlkini nəzərdə tutur - red)”.
Qeyd edək ki, Ayselin səhifəsi iki dəfə oğurlanıb. Birincidə geri qaytarılsa da, yenidən naməlum şəxslər tərəfindən ələ keçirilib.