WOW
WOW

Sadiq Məmmədovun toyudur! - Yenilənib

Sadiq Məmmədovun toyudur! - Yenilənib

Müğənni Sadiq Məmmədovun toyudur.

OLAY-ın əldə etdiyi məlumata görə, ifaçının toy məclisi bu gün paytaxt restoranlarının birində keçirilir. O, Həmidə adlı xanımla ailə həyatı qurub. Sadiq həyat yoldaşıyla videosunu paylaşaraq “Bütün subaylara qismət olsun. Axşam görüşmək ümidi ilə” şərhini yazıb.

Gecəyə Məmmədovun yaxın dostları və sənət adamları da qatılıb.

****

Məclisi müğənni Zamiq Hüseynov idarə edir.

****

Toyda Xalq artisti Eyyub Yaqubov da səhnə alıb. Sadiq sənətçi ilə birlikdə rəqs edib.

****

Gecədə Əməkdar artist Abbas Bağırov və müğənni Murad Arif də ifalarını səsləndirib.