Yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” bestselleri serial olur.

OLAY-ın məlumatına görə, “Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Rövşən Abdullaoğlunun özüdür.

“Bu şəhərdə kimsə yoxdur” serial olur!Serial aktyor heyəti ilə də diqqət çəkir. Belə ki, layihədə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih canlandıracaq.

“Bu şəhərdə kimsə yoxdur” serial olur!Bundan başqa serialda Tərlan Məmmədhüseynov, Zülfiyyə Məmmədova, Aydan Ağazadə, Ofeliya Novruzqızı, Nilgün Özkundakçı, Vahid Orucoğlu, İbrahim Laçın, Elçin Məmmədli, Abdülqəni Əliyev, İlqar Qurbanov, Ceyhun Xəlil, Xan Həsən, Aytac Məmmədova, Mehdi Yaqubov, Cavid Məlikli, Ülviyyə Verdiyeva, Xeyrəmsəxanım Rəhimova, Sahib Kərimov, İkram Rəhmanov, Eldar Əliyev, Səlimə Aslanova, Həsənağa Ağayev, İsmayıl Hüseynov, İsrail Cəbrayılov, Yeva Əlvida və başqa sənətçilər yer alacaq.

“Bu şəhərdə kimsə yoxdur” serial olur!Qeyd edək ki, serialın çəkilişlərinə bu gündən etibarən başlanılıb.

“Bu şəhərdə kimsə yoxdur” serial olur!Onu da bildirək ki, “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub.

“Bu şəhərdə kimsə yoxdur” serial olur! “Bu şəhərdə kimsə yoxdur” serial olur! “Bu şəhərdə kimsə yoxdur” serial olur! “Bu şəhərdə kimsə yoxdur” serial olur! “Bu şəhərdə kimsə yoxdur” serial olur!