Film / Serial
Film / Serial

“Bu şəhərdə kimsə yoxdur”dan ilk fraqment

“Bu şəhərdə kimsə yoxdur”dan ilk fraqment

Yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” bestsellerinin motivləri əsasında çəkilən eyniadlı serialın ilk fraqmenti yayımlanıb.

OLAY yazır ki, “Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Rövşən Abdullaoğlunun özüdür.

““Ata ocağı”nın yaradıcılarından” sloqanı ilə təqdim edilən layihə aktyor heyəti ilə diqqət çəkir. Serialda baş rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar Əbdülqəni Əliyev, İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih canlandırır.