İnfluenser Aysel Həsəninin (icelinee) instaqram hesabı 2-ci dəfə oğurlanıb.
OLAY-ın əldə etdiyi məlumata görə 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib.
Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb.
Qeyd edək ki, blogerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışdı.