WOW
WOW

Samirin yerinə o gəldi

Samirin yerinə o gəldi

Ötən həftə aparıcı Samir Bayramlının aparıcısı olduğu, həftə sonları səhər saatlarında yayımlanan “10-da görüşək” verilişi ekranlarla vidalaşmışdı.

OLAY yazır ki, bu həftədən etibarən həmin saatda aparıcı Lamiyyə Ələkbərova izləyici qarşısına çıxıb. Onun yeni verilişi “Səhər görüşləri Lamiyyə Ələkbərqızı ilə” adlanır.

“Xoş gördük, sabahınız xeyir olsun, “MTV” kanalının dəyərli izləyiciləri. Çox darıxmışdım sizin üçün. Bu gündən etibarən şənbə-bazar günləri sizin görüşünüzə gələcəyəm. Səhər görüşləri mən Lamiyyə ilə olacaq”, - deyə, Ələkbərova proqramın ilk buraxılışında söyləyib.