WOW
WOW

Çakır ölümünün 20-ci ilində gündəmdə

Çakır ölümünün 20-ci ilində gündəmdə

Türkiyə kino tarixinin unudulmaz serialı “Kurtlar vadisi”ndəki Süleyman Çakır obrazının 20-ci ölüm ildönümüdür. 

OLAY yazır ki, hər il öldüyü bölümün ekrana gəldiyi gün anılan personaj bu il də unudulmayıb.

Sevənləri sosial şəbəkələrdə paylaşımlar edərək Çakırı yada salıb. Ona həyat verən aktyor Oktay Kaynarca da ənənəyə sadiq qalaraq əfsanəvi obrazı ilə bağlı paylaşım edib:

“Rəhmətliyin 20-ci ölüm ildönümündə Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyirəm. Allah rəhmət etsin, gözəl insan idi”, - deyə, vurğulayıb. 

Qeyd edək ki, Çakır yeganə obrazdır ki, onun ekran işindəki ölümündən sonra məscidlərdə ruhuna dualar oxudulmuş, ehsan verilmişdi.