İllərdir “Kurtlar vadisi” serialındakı Süleyman Çakır obrazının ölüm günündə yad edən pərəstişkarları onu yenə unutmayıb.
OLAY yazır ki, Oktay Kaynarcanın canlandırdığı məşhur personaj bu il də anılıb.
Çakırın öldüyü bölümün yayımlandığı 8 aprel tarixində fanatları onun üçün ehsan veriblər.
Həmçinin, sosial şəbəkələrdə də onunla bağlı çoxsaylı paylaşım edilib. Kaynarcanın özü də unudulmaz obrazını ölümünün 18-ci ildönümündə yada salıb və onu xatırlayan heyranlarına təşəkkür edib.
Qeyd edək ki, 2003-cü ildə yayıma başlayan serialın 43-cü bölümündə Çakırın vurulma səhnəsi yer alıb. İki bölüm sonra isə onun ölümü təsvir olunub.