WOW
WOW

Qiraətin “div”ləri bir arada

Qiraətin “div”ləri bir arada

Xalq artistləri Tünzalə Ağayeva, Məmmədsəfa Qasımov, Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, aktrisa Zemfira Əbdülsəmədova, qiraətçilər Xəzər Süleymanlı və Sabirə Abdullayeva Heydər Əliyev sarayında çıxış ediblər.

OLAY yazır ki, “Hisslərin sözlə ifadəsi” adlı qiraət axşamı ötən gün baş tutub.

Məmmədsəfa Qasımov və Zemfira Əbdülsəmədova Nəriman Həsənzadənin, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin, Furqaninin və başqa şairlərin şeirlərini səsləndiriblər.

Xəzər Süleymanlı və Sabirə Abdullayeva Nəbi Xəzrinin, Ramiz Rövşənin, İlqar Fəhminin və başqa şairlərlərin şeirlərini ifa ediblər.

Mehriban Zəki və Elşən Rüstəmov isə Rəsul Rzanın, Musa Yaqubun, Ramiz Rövşənin, Mikayıl Müşfiqin və başqa şairlərin şeirlərini səsləndiriblər.

Gecədə qiraətçiləri Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edib. Tünzalə Ağayeva gecədə Müşfiqin sözlərinə bəstələdiyi “Sevgilər” mahnısını oxuyub.