WOW
WOW

“Sənətkar və sənətçi sözlərinin mənası eynidir”

“Sənətkar və sənətçi sözlərinin mənası eynidir”

Müğənni Nura Suri növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, ifaçı feysbuk hesabında Əməkdar artist Elnarə Abdullayevanın sənətçi və sənətkar sözləriylə bağlı çıxışına münasibət bildirib:

“Bir aydınlıq gətirim və söhbəti bir dəfəlik bağlayın. Sənətkar və sənətçi sözlərinin mənası eynidir. Sənətlə məşğul olan, zərgər, usta, dülgər, musiqiçi və sair. Ay birinə sənətçi deyək yaşı azdır, təzə gəlib sənətə və sair kimi şeylərlə fərq qoymayın. Eyni məna kəsb edir bu sözlər. Yığışdırın bu komediyanı”.

Qeyd edək ki, E. Abdullayeva “O üz” verilişində bu sözlərin mənasının eyni olmadığını söyləmişdi.