WOW
WOW

Bu reytinq cədvəlində “Xəzər” birincidir!

Bu reytinq cədvəlində “Xəzər” birincidir!

“TV-lərin İPTV platformaları üzərindən baxış reytinqi daha çox daxili auditoriyanın münasibətini xarakterizə edir”.

OLAY yazır ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.  O, təqdim olunan reytinq cədvəllərindən bəhs edib:

“Yəni, birinci cədvəl daha çox bizim yerli kanalların mart ayında  İPTV və OTT platformalardan izlənməsinin göstəricisidir. İkinci cədvəl isə yerli kanalların Yutub üzərindən izlənməsinin baxış sayıdır. Hansı ki, yerli reklam verənlər üçün bu data elə də biznes əhəmiyyəti kəsb etmir. Çünki bu göstəricilər qlobaldır, yəni kanallara xaricdən baxış sayı da öz əksini tapıb. Yeri gəlmişkən, bu cədvəldə ayrıca lokal statistika da çox maraqlı olardı”.

Paylaşılan iki reytinq cədvəlindən birində Xəzər TV, digərində isə Baku TV liderdir.