WOW
WOW

Nigarın Vyetnamda qatar həyəcanı

Nigarın Vyetnamda  qatar həyəcanı

İnfluenser Nigar Quliyeva (Snigarochkaa) Vyetnama yollanıb.

OLAY yazır ki, paytaxt Hanoidə olan Nigar məşhur “Train street”ə (Qatar küçəsi) də gedib. 

Qatar yanından keçərkən video çəkdirən influenser həmin anları izləyiciləri ilə bölüşüb və bu sözləri yazıb:

“Hanoi şəhərində “train street” çox məşhurdur. Gün ərzində qatarların gəliş saatında buraya çox adam toplaşır. Biz qatarın gəliş saatını onlayn yoxlayıb, 1 saat öncədən yer tutduq. Amma qatarın bu qədər yaxın keçəcəyini gözləmirdim. Həyəcandan əsdim. Bəxtimizdən 15 dəqiqə ərzində 2 qatar keçdi”.