İnfluenser Mehin Oktaylının (iconmekh) adından dələduzluq edilib.
OLAY yazır ki, bloger bu haqda instaqramın hekayə bölməsində paylaşıb.
Belə ki, bir şəxs influenserin instaqram səhifəsində yarış keçirildiyi və münasib qiymətə qoşula biləcəkləri ilə bağlı onun izləyicilərindən birinə yazıb.
Mehin bu mesajı paylaşaraq “İnanmayın” qısa şərhini yazıb.