WOW
WOW

“İlhamə xanım olanda qalmaqal daha çox olurdu”

“İlhamə xanım olanda qalmaqal daha çox olurdu”

Müğənni Ayan Babakişiyeva mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.

OLAY yazır ki, ifaçı İ. Quliyevanın özünün qalmaqallar yaratdığını deyib. Bu barədə o, “Xəbərin var?” verilişində danışıb.

“İlhamə xanım sağ olsaydı, şou-biznes bugünkü kimi olmazdı. Mənə elə gəlir, İlhamə xanım olanda qalmaqallar daha çox olurdu. Çünki onda belə bir şey var idi. Öz komandasını toplayırdı, oradakı müğənnilərə deyirdi, “Sən çıxıb buna nəsə deyəcəksən”, “Sən buna”. Mən o komandadan olmamışam. Bu belə idi. Şou-biznesin qalmaqal nöqtəsində belə komandalar toplaşırdı”, - deyə, Babakişiyeva söyləyib.