Xalq artisti Emin Ağalarovun “Crocus city hall”da baş vermiş terror aktından verdiyi ilk müsahibəsi yayımlanıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqram hesabında post paylaşıb.
“İkinci evimiz olan “Crocus city hall”da baş verən terror aktı mövzusundan özümüzü təcrid etmək sadəcə mümkün deyil. Heç vaxt unuda bilməyəcəyim bir şeyi öz gözlərimlə gördüm. Bir daha yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Bu faciənin nəticələri ilə yaşayanlara sağlamlıq və güc diləyirəm. Və təbii ki, özlərini təhlükəyə ataraq minlərlə insanın həyatını xilas edən bütün insanlara və əməkdaşlara böyük təşəkkürlər. Müslüm Maqomayev Fondu zərərçəkənlərə yardım üçün vəsait toplamaqda davam edir. Hazırda 125 601 717 rubl (2 milyon 308 min manat) yığılıb. Bu müsahibə çoxdan və tamam başqa səbəbdən planlaşdırılıb. Martın 28-də Bakıda, iş məsələsi ilə bağlı 1 gün uçduğum yerdə lentə aldıq. İndi mən artıq Moskvadayam”, - deyə, o, bildirib.