Tanınmış rusiyalı jurnalist və yazıçı Bajena Rınska rəssam Aydan Salahova ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqram hesabında Salahovanın doğum günü münasibətilə Bakıya səfər etdiyini yazıb:
“Bu gün hamımız əziz dostumuz, sevimli, gözəl Aydan xanımın yubileyini qeyd etmək üçün Bakıya toplaşmışıq. Əziz dost. Gözəl dost. İqorun qəzası baş verəndə Aydan mənimlə idi. Rusiyaya gələndən xəstəxanaya qədər. İki il idi görüşmürdük, amma hər həftə video vasitəsilə bir-birimizə zəng edirdik. Dünən axşam mehriban bir şam yeməyində Aydanın zəkasının və düşüncəsinin hekayəsini danışdım. Bu gün bunu sizə deməyə çalışacağam. Çox ibrətamiz hekayə. Vaxtında ayıq olmağı bilən insan haqqında”.
Qeyd edək ki, Aydan Salahova mərhum Xalq rəssamı Tahir Salahovun qızıdır.