WOW
WOW

“Toyumdan bir gün əvvəl yazdım ki...”

“Toyumdan bir gün əvvəl yazdım ki...”

Aktyor Elşən Orucov və müğənni Elçin Cəfərov illər əvvəlki küsülülüklərindən danışıblar.

OLAY yazır ki, bu barədə onlar “Zaurla Günaydın” proqramında açıqlama veriblər. 

Əvvəlcə Elşən “Dostlarıma, ailəmə, yaxınlarıma bağlıyam. Ola bilər ki, bundan əziyyət çəkirəm. Elçin də həssasdır. Amma bunun dostluğumuza bir dəlaləti yoxdur”, - deyə, bildirib.

Elçin isə Elşənlə toyundan bir gün əvvəl barışdıqlarını söyləyib:  

“Toyumdan bir gün əvvəl Elşənə yazdım ki, mütləq iştirak etməlisən. O vaxta qədər danışmırdıq. Elşən də sağ olsun, gəldi heç nə olmamış kimi iştirak etdi”.