WOW
WOW

“Həm ifaçıları, həm də aparıcıları narahat etmişəm”

“Həm ifaçıları, həm də aparıcıları narahat etmişəm”

Müğənni və aparıcı Mehin Hümbətova növbəti açıqlamalarıyla diqqət çəkib.

OLAY yazır ki, ifaçı həm aparıcıların, həm də müğənnilərin narahatlığına səbəb olduğunu deyib. Bu barədə o, “10-da görüşək” verilişində danışıb.

“Həm ifaçıları, həm də aparıcılıq etdiyim dövrdə aparıcıları narahat etmiş oldum. İndi də hazırda “7 özəl” verilişinin aparıcısıyam. Aparıcılığa başladığım günlərdə münasibətimin çox yaxşı olduğu aparıcılarla haradasa üzləşirdik, görməzdən gəlirdilər sanki. Salam vermirdilər. Hətta elə məsələlər qulağıma gəlib çatırdı ki, redaktorlar mənim verilişimi başqa aparıcılara göstərirdilər ki, diksiyada sənə örnək ola bilər. Halbuki mən heç vaxt aparıcılığa görə dərs almamışam. Diksiya dərslərini sadəcə Bakı Musiqi Akademiyasında təhsil aldığım dövrlərdə almışam. Heç vaxt aparıcı olmamışdım, amma məni köhnə aparıcılara nümunə gətirirdilərsə, deməli həqiqətən də digər aparıcıları narahat etmişəm”, - deyə, o, bildirib.

Qeyd edək ki, M. Hümbətova “7 özəl”dən başqa “1 AzTV” proqramında da aparıcılıq edib.