Aktyor Elşən Orucov Türkiyədə çəkildiyi seriallara görə aldığı qonorardan danışıb.
OLAY yazır ki, o, ilk layihəsdə pulsuz rol aldığını, sonrakı serial üçün qonorar tələb etdiyini deyib. Bu barədə Elşən “Zaurla Günaydın” verilişində məlumat verib.
“Pul almadım, amma danışmışam, gələcəyə verəcəklər. “Ben bu cihana sığmazam”da bir seriya pulsuz çəkildim, dedilər nə yaxşı adamdır, bunu təzədən çəkək. İndi ikinciyə pul demişəm. Qonorarları yaxşıdır, yüksəkdir. İkinci çəkildiyim “Çırak” serialı 10 bölümdür, mən 4 bölüm çəkilmişəm. TRT kanalında gedəcək”, - deyə, Orucov bildirib.
Qeyd edək ki, Elşən Türkiyədə iki işdə rol alıb. “Ben bu cihana sığmazam”da bir bölüm iştirak etdikdən sonra, Ozan Akbabanın “Çırak” serialında dörd bölüm yer alıb.