Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb.
OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib.
Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər.
Guya həmin simalar mağazadan alış-veriş edib, libaslarını geyinirmiş kimi göstərilib.
Sözügedən şəxslərin sırasında, Ana De Amars, Nurgül Yeşilçay, Mert Ramazan Demir, Afra Saraçoğlu, Sıla Türkoğlu, Fahriye Evcen, Cansu Dere, hətta həbsdə olan Dilan Polat və digər məşhurlar olub.
Bu məsələ sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirə yaradıb. Videolar sosial mediada viral olub, səhifələr tərəfindən paylaşılıb. İstifadəçilərin bəziləri butiki saxtakarlıqda ittiham ediblər.