WOW
WOW

“Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük”

“Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük”

Xalq artisti Emin Ağalarov Müslüm Maqomayev adına fondun terrorda zərərçəkənlər üçün yardım kampaniyasına başladığını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb:

“Dostlar, biz Müslüm Maqomayev fondu vasitəsilə “Crocus City Hall”da zərərçəkənlərə yardım üçün vəsait göndərmək qərarına gəldik.

Bu mərhələdə mən və atam fonda 100 milyon rubl (Təxminən 2 milyon manat) köçürdük. Dostlarımızı, tərəfdaşlarımızı və hər kəsi yardıma qoşulmağa dəvət etdik. Müraciətlərə baxılması üçün zəng mərkəzi tezliklə fəaliyyətə başlayacaq. Xərclənmiş bütün vəsaitlər barədə hesabatlar fondun internet saytında dərc olunacaq. Bütün təfərrüatlar hekayədəki linkdə”.