WOW
WOW

“Yerli seriallarımız cılızdır”

“Yerli seriallarımız cılızdır”

Xalq artisti Firəngiz Mütəllimova yerli serialları tənqid edib.

OLAY yazır ki, bu barədə sənətçi  “Göstərir radio”  verilişində danışıb. 

“Seriallar hamısı bir-birinə oxşayır. İştirakçıları eyni insanlar, eyni üzlərdir. Mən seriallarla işimi bitirmişəm. Türkiyə seriallarının əksəriyyətinə baxıram, mənə ləzzət edir. Fikirləşirəm ki, bizdə  o vaxtkı kimi ciddi çəkilişlər olsa... İndi mənə çox cılız gəlir. Məsələn, “Muhteşem yüzyıl” necə gözəl iş idi.  Demək olar, bütün dünya izlədi. Yerli serialları izləmirəm, mənə maraqlı deyil”, - deyə aktrisa vurğulayıb.