Avroviziya 2024 yarımfinallarında yarışacaq ölkələrin çıxış sırası bəlli olub.
OLAY yazır ki, ölkəmizi təmsil edən Fahree və İlkin Dövlətov birinci yarımfinalda 12-ci nömrə altında çıxış edəcək.
Qeyd edək ki, təmsilçilərimiz “Özünlə apar” mahnısı ilə ölkəmiz adına yarışacaqlar.