WOW
WOW

Araz Ağalarov terror aktından danışdı

Araz Ağalarov terror aktından danışdı

Xalq artisti Emin Ağalarovun atası Araz Ağalarov terror aktı ilə bağlı açıqlama edib.

OLAY yazır ki, iş adamı terrorçuların konsert zalına necə daxil olmalarına aydınlıq gətirib. Bu barədə, o, RBK-ya danışıb.

“Deyildiyi kimi, son 20 ildə belə bir hadisə olmayıb. Terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. Avtomatlarla gördükləri hər şeyə atəş açmağa başlayıblar, bütün insanlara, mühafizəçilərə. Bir mühafizəçi həlak olub, ikincisi yaralıdır”, - deyə, Ağalarov söyləyib.