Xalq artisti Emin Ağalarov Moskvada baş vermiş terror aktı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi həmin gecə orada olub köməklik göstərən şəxslərə təşəkkürünü bildirib.
“Fədakar mühafizəçilərə, “Crocus city hall” və ətraf təşkilatların əməkdaşlarına, faciə baş verən gecə əməyi keçən insanlara, yardım edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirirəm. Onların arasında direktor Aleksey Visotskiy, administrator Sonya Meyer, Sergey Maksimenkov, qonşu obyektlərin təhlükəsizlik işçiləri Aleksandr Pozdnyakov ve Aleksandr Antipov, “Crocus city hall”un mühafizəçisi Aleksey Osanuşkov ve digərləri var. Bu insanların etdikləri əvəzsizdir və əsla unudulmayacaq. Hamımız üçün dəhşətli bir faciə yaşandı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı, zərərçəkənlərə bütün qəlbimlə şəfa və mənəvi güc arzulayıram”, - deyə, Emin yazıb.
Qeyd edək ki, hadisənin baş verdiyi “Crocus city hall” müğənninin atası Araz Ağalarova məxsusdur.