Avroviziya təmsilçimiz Səmra Rəhimli Moskvada törədilən terror aktından yazıb.
OLAY yazır ki, müğənni hadisə zamanı orada olan dostları üçün narahat olduğunu bildirib. Bu barədə o, instaqramın hekayə bölməsində paylaşım edib:
“Dəhşətli hadisənin təsiri altındayam. Söz tapmıram yazmağa. Orada dostlarımız, tanışlarımız var idi, həmvətənlərimiz və minlərlə günahsız insanlar. Necə belə qəddar bir yerə çevrilib bu dünya. Həyatını itirmiş hər kəsə Allah rəhmət etsin. Yaralılara tezliklə sağalmalarını diləyirəm. Qaçıb canını qurtaran insanların yaşadığı travmanı təsəvvür edə bilmirəm. Allah köməyiniz olsun, Allah hər kəsi, bütün yer üzünü qorusun. Sülh olsun artıq hər yerdə”.